Suriyanın devrilmiş lideri Bəşər Əsəd daha bir zərbəni 2000-ci ildə evləndiyi həyat yoldaşı Əsma Əsəddən alıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilir ki, Londonda doğulan və evləndikdən sonra Suriyaya köçməklə bank işində karyerasına son qoyan Əsma Əsəd həyat yoldaşından ayrılmağa hazırlaşır.
Məlumata görə, o, Moskvadakı şərtlərdən məmnun deyil və Londona getmək üçün boşanmaq tələbini irəli sürüb.
Qeyd olunub ki, Rusiya tərəfindən ciddi nəzarət altında saxlanılan Bəşər Əsədin ölkəni tərk etməsinə icazə verilmir. Digər tərəfdən, Bəşər Əsədin mal-mülkü və puluna çıxışı da Rusiya hökuməti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi gücünü məhdudlaşdırır.
Daşqın HəsənovMissiya.Az