AZ

“Çayxana uşağı” Əhməd-aşpaz, dindar, general qatili...

O, rus dilində çox zəif danışırmış və bu səbəbdən  işçilərlə demək olar ki, ünsiyyət qurmayıb

Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan 29 yaşlı Əhməd Qurbanova qarşı adam öldürmə, terror aktı və silah və sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açıb.

Musavat.com xəbər verir ki, internetdə onun tərcümeyi-halının təfərrüatları çox azdır, lakin VKontakte səhifəsindəki fotoya görə, Qurbanov Moskvaya işləməyə 19 yaşında gəlib. “Çayxana Kazan”da aşpaz olub. 

Bundan sonra Qurbanov bir müddət vətəninə qayıdıb və cinayətə hazırlıq zamanı şübhəli şəxs Moskva yaxınlığındakı Balaşixada yaşayıb. “Özbəkistan 24” telekanalı bildirib ki, həmin şəxsin əvvəllər terrorçularla əlaqəsi aşkar edilməyib və heç vaxt cinayət məsuliyyətinə cəlb olunmayıb. Özbəkistan vətəndaşı Əhməd Qurbanov (pasportda Axmadjon Kurbonov) 9 yanvar 1995-ci ildə Daşkənddə anadan olub. Evlidir və iki azyaşlı övladı var. O, rəsmi olaraq Rusiya Federasiyasının ərazisində daimi yaşayış yeri və iş icazəsi olmayıb. 

Saxlanılan şəxs terror aktını Ukrayna xüsusi xidmət orqanlarının ona 100 min dollar ödəyəcəyini, həmçinin Avropa ölkələrindən birinin pasportu ilə təmin edəcəyini vəd etdiyi üçün törətdiyini etiraf edib.

Onun sözlərinə görə, həmin şəxs məhz onların göstərişi ilə Moskvaya gəlib və elektrik skuterinə bərkitdiyi əldəqayırma partlayıcı qurğu alıb. Terror aktını törədən şəxs videomüşahidə kamerası quraşdırdığı generalı icarəyə götürdüyü avtomobildən izləyib. Bu kameradan çəkilən görüntülər Dnepropetrovskdakı terror aktının təşkilatçılarına onlayn olaraq yayımlanıb.

Ə.Qurbanov 2014-cü ildə Podolsk şəhərinin Fevralskaya küçəsində yerləşən “Çayxana Kazan” restoranında aşpaz işləyib. Restoran müştəri sarıdam korluq çəkdiyindən rəhbərlik işçilərin maaşlarını mütəmadi olaraq gecikdirirmiş. 2015-ci ildə restorana  yeni adamlar işlətməyə başlayıblar və Əhmədə mətbəxdə yemək hazırlamaq tapşırılıb.  O, rus dilində çox zəif danışırmış və bu səbəbdən  müəssisənin qalan işçiləri ilə demək olar ki, ünsiyyət qurmayıb.  Əhməd özünü  sakit aparıb, münaqişələrə qoşulmayıb. 

Əhməd və mətbəxdəki digər özbəklər mütəmadi olaraq müəssisənin ərazisində namaz qılıblar.

Qeyd edək ki, Özbəkistan lideri Şavkat Mirziyoyev hadisə ilə bağlı Putinə zəng edib.  Özbəkistan lideri Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisinin qətli ilə bağlı Rusiya liderinə başsağlığı verib.

Söhbət zamanı Özbəkistanın bu çirkin terror aktını qətiyyətlə pislədiyi vurğulanıb.

Musavat.com 

Seçilən
13
11
musavat.com

10Mənbələr