AZ

Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd  boşanmaq üçün məhkəməyə müraciət edib

Suriyada 61 illik Baas rejiminin sona çatması ilə devrilmiş lider Bəşər Əsəd ölkəni tərk edərək Rusiyaya qaçdı və onun həyat yoldaşı Əsma Əsəd də ona zərbə endirdi.

Londonda doğulan və 2000-ci ildə Bəşər Əsədlə ailə quran Əsma Əsəd bankçılıq karyerasını tərk edərək Suriyaya köçüb. Onun Moskvadakı həyat şəraitindən narazı olduğu və Londona gedə bilməsi üçün boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.

“Habertürk” xəbər verir ki, eyni zamanda Britaniya vətəndaşı olan Əsma Əsəd Moskvanı tərk etmək üçün xüsusi icazə almaq üçün Rusiya məhkəməsinə müraciət edib.

Devrilmiş lider Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Moskva hakimiyyətinin ciddi nəzarətində olduğu və paytaxtı tərk etməsi və ya hər hansı siyasi fəaliyyətdə iştirakının qəti qadağan edildiyi bildirilir.

Bundan əlavə, Rusiya hakimiyyəti Bəşər Əsədin mülklərinə girişini dondurub. Bu, Əsəd ailəsinin maddi imkanlarını və yaşayış şəraitini xeyli məhdudlaşdırır.

Almaz Həsənli

Seçilən
10
oxumeni.az

1Mənbələr