AZ

Qriqorçuk "Neftçi"dəki günlərini xatırladı: Arzuolunmaz oldu

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Azərbaycandakı günlərini xatırlayıb.

Publika.az xəbər verir ki, Ukraynanın LNZ klubunun "sükanı arxasına" keçən mütəxəssis "ağ-qaralar"da keçirdiyi qısa dönəmi uğursuz adlandırıb:

“Həqiqətən Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycana ikinci gedişim planlaşdırılmamış və arzuolunmaz oldu. Daha doğrusu, bu, təsadüf idi. İndi isə Ukraynaya qayıtdım və buna çox şadam”.

Qeyd edək ki, 59 yaşlı ukraynalı mütəxəssis 3 ay çalışdığı "Neftçi"dən oktyabda ayrılıb. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.

Seçilən
1
publika.az

1Mənbələr