AZ

Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfrans keçirilib.

Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “Baku TV”-nin direktoru Ramin Cəfərov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Qeyd olunub ki, şanlı tariximizin Zəfər və Qalibiyyət dastanını yazan Qalib Lider – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin dünyada nüfuzu və iqtisadi-siyasi gücü durmadan artır. Azərbaycanın mötəbər beynəxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi dünyanın ölkəmizə etimadının göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzunun təsdiqidir.

Lakin müasir və müstəqil Azərbaycanın uğurlarını, tarixi Zəfərin reallıqlarını, ölkəmizin dünyada nüfuzunun artmasını, respublikamızın müstəqil siyasət yürütməsini və dünya siyasi arenasının fəal aktoruna çevrilməsini bəzi dövlətlər qəbul etmir, ölkəmizə qarşı qarayaxma, böhtan kompaniyaları aparırlar. Azərbaycana qarşı qərəzçilik nümayiş etdirən həmin dövlətlər son zamanlar ideoloji təxribatların reallaşdırılmasında fəallıqlarını daha da artırıblar.

Vurğulanıb ki, ölkəmizə qarşı ideoloji təxribat kompaniyası aparan qüvvələr birmənalı şəkildə bilməlidirlər ki, cəmiyyətimizin hər bir üzvü, xüsusilə də Azərbaycan gəncləri hər zaman dövlətimiz və dövlətçiliyimiz naminə öz vətənpərvərliyi ilə nümunə olublar, uzunmüddətli davamlı strateji siyasətin nəticəsində yetişən vətənpərvər Azərbaycan gəncləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə öz töhvələrini verirlər. Ölkəmizə qarşı aparılan ideoloji təbliğat prosesində iştirak edənlər hər zaman öz layiqli cəzalarını almışlar və bundan sonra da alacaqlar.

Konfrans müzakirələrlə davam edib, həmçinin gənclərin sualları cavablandırılıb.

phrase_var_article.chosen
6
2
yeniazerbaycan.com

3phrase_var_article.sources