AZ

AAF rəsmisinə yeni vəzifə verildi

İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) növbəti sessiyası keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının tərkibi və rəhbərliyi müəyyənləşib.

Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva Koordinasiya Komissiyasının sədri seçilib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildən keçirilir.

Seçilən
7
fanat.az

1Mənbələr