AZ

Bakıda müğənninin halı PİSLƏŞDİ - FOTO

Azərbaycanda tanınmış müğənninin qəfil halı pisləşib.

News24.az Manset.az-a istinadla bildirir ki, "Xalq ulduzu" müsabiqəsinin məşhur iştirakçısı, müğənni Səfa Məmmədov Bərdə rayonunda toyda iştirak etdikdən sonra paytaxta yola düşüb. 

Bakıya çatan müğənninin səhhətində problem yaranıb. Müğənni paytaxtda yerləşən xəstəxanalardan birinə müraciət edib.

Həkim müayinəsindən sonra ambulator müalicə üçün evə buraxılıb. Hazırda Səfa Məmmədov müalicəsini ev şəraitində davam etdirir. 


 


phrase_var_article.chosen
11
7
news24.az

8phrase_var_article.sources