Çinin illərdir üzərində çalışdığı yeraltı neytrino detektoru Jiangmen Yeraltı Neytrino Rəsədxanası (JUNO) tamamlanma mərhələsinə çatıb.
İndex.az xəbər verir ki, bu nəhəng elmi layihə kainatın ən sirli hissəciklərindən biri olan neytrinoları daha yaxşı başa düşmək üçün nəzərdə tutulub.
Çinin Quandun əyalətinin Kaypinq şəhərində dağın altında yerləşən obyekt istismara verilməsi üçün günləri saymağa başlayıb.
300 milyon dollarlıq büdcə ilə 9 il ərzində inşa edilən JUNO detektorundan əldə edilən məlumatların fizika ictimaiyyəti üçün təməlqoyma ola biləcəyi ifadə edilir. Hər şey planlaşdırıldığı kimi getsə, JUNO neytrino və antineytrino qarşılıqlı təsirləri haqqında bir çox bilinməyənləri həll edə bilər.