Ukraynaya məxsus pilotsuz uçan aparat Belqorod vilayəti üzərində səmada məhv edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.
Pilotsuz uçan aparat saat 15:20 radələrində növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.
Söhbət təyyarə tipli drondan gedir, Müdafiə Nazirliyi vurğulayır. Belə təyyarələr bir neçə on kiloqrama qədər partlayıcı maddə daşımağa və xeyli məsafə qət etməyə qadirdir.
Dekabrın 20-də səhər saatlarında Ukrayna hərbçiləri Belqorod vilayətinə hücum ediblər. Orada iki hücumda bir avtomobil və bir yük maşını zədələnib. Ölən və yaralananlar olmayıb.
Nigar