AZ

Bu gün Böyük çillənin ilk gecəsidir

Bu gün ilin 365 gecəsinin ən uzunu və 40 gün davam edən Böyük çillənin ilk gecəsidir. 

Novruza hazırlıq dekabrın 21-dən başlayır və üç mərhələdə davam edir. Birinci mərhələ Böyük çillə ilə Kiçik çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ Kiçik çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dörd həftəlik axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir.

Böyük çillənin daxil olduğu gecəni bayram əhvali-ruhiyyəsində keçirirlər.

Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə bildirir ki, çillə sözü “çıl” sözündəndir, mənası isə “qırx” deməkdir: “Bu çillə xalq ədəbiyyatında “Şəbi yelda gecəsi” kimi də tanınır. Çillə sözü çətinlik, uzunluq mənasındadır. Yəni, qışın uzun müddət davam edəcək dövrünə qədəm qoyulur və bu dövr ağır keçəcək. İnsanlar isə bu çətin dövrün asan keçməsi üçün çalışır, bu məqsədlə “Şəbi yelda gecəsi”ndə maraqlı adət-ənənələrdən, rəmzlərdən istifadə edirlər.

Bu adət-ənənələri bayram gecəsi bişirilən təamlarda, süfrə mədəniyyətində də görürük”.

phrase_var_article.chosen
28
anspress.com

1phrase_var_article.sources