“Bir nəfər var, ad çəkməyəcəyəm. Zamanında böyük işlər görüb. Elə adamlar var, istəyirəm onu keçmişdə gördüyüm kimi görüm”.
OLAY yazır ki, bu sözləri RTV-də yayımlanan “Çərçivədən kənar” proqramında stilist Elnur Həsənov deyib. O, ad çəkmədən zövqsüz müğənnilərdən danışıb:
“O da artıq bunu görmür, etmir. Bu gün danışsam, pis adam olacağam. Başımı ağrıtmq istəmirəm, qırağa çəkilib işimi görürəm. Mən həmişə “A” kateqoriyadakı ən üstün müğənnilərlə çalışdığım üçün arxadakıları görmürəm. Ən üstün müğənnilərlə işlədiyim üçün özümü zirvədə hesab edirəm. Görmədiklərim də zövqsüzlərdir. Mən ya da başqa stilist bəzəsin çıxarsın, əgər o, bu stillə davam etməyəcəksə, özümü yorsam da, fırlanıb öz çuvalına düşəcək. Fotosessiyada üzərində çalışım, ondan sonra onu daşımayacaqsa, işləməsin”.