AZ

Tesla təxminən 700 min avtomobilini geri çağırır

Tesla təxminən 700 min avtomobilini geri çağırır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" təkər təzyiqinə nəzarət sistemindəki problemə görə təxminən 700 min avtomobili geri çağırır.ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən verilən açıqlamada geri çağırmanın 2024-cü ildə istehsal edilən "Cybertruck", 2017-2025-ci illər arasında istehsal edilən "Model 3" və 2020-2025-ci illər arasında istehsal edilən "Model Y" avtomobillərini əhatə etdiyi bildirilib.Açıqlamada təkər təzyiqinə nəzarət sisteminin xəbərdaredici işığının yanmaya biləcəyi və sürücünü aşağı təkər təzyiqi ilə bağlı xəbərdar edə bilməyəcəyi, səhv şişirdilmiş təkərlərlə avtomobil sürməyin qəza riskini artırdığı vurğulanıb.Qeyd edilib ki, geri çağırışdan 694 min 304 avtomobilin təsirlənib və "Tesla"nın problemi həll etmək üçün uzaqdan edilə bilən bir proqram yeniləməsini pulsuz olaraq yayımladığı ifadə edilib.

Seçilən
54
20
afn.az

10Mənbələr