AZ

DMX-də ŞOK ƏMƏLİYYAT: Kərəm Həsənovun qohumlarına da sıra çatdı - Şobə rəisi qardaşı oğlu QANDALLANDI/FOTO

Dövlət Miqrasiya Xidmətində hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Paytaxt.org xəbər verir ki, bu barədə "DİA-AZ"ın əldə etdiyi informasiyalardan aydın olur ki, əməliyyat nəticəsində qanun pozuntuları, rüşvət və korrupsiya halları araşdırılıb və nəticədə həbs olunanlar var. Eyni zamanda bir neçə nüfuzlu məmur vəzifəsindən araşdırılıb ki, onların da həbs olunacağı istisna deyil.


Məlumatına görə, vəzifəsindən uzaqlaşdırılanlar arasında Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənov da var. Qeyd edək ki, bu günə qədər adı müxtəlif qalmaqallarda hallanan Emin Həsənov arxalandığı Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri postunu tutan Kərəm Həsənovun qardaşı oğludur.



Məlumatı verən mənbə iddia edir ki, vəzifəsindən uzaqlaşdırılanlar da Emin Həsənovun çevrəsidir və görünəni odur ki, hələlik qardaşı oğlunu həbsdən qoruyan Kərəm Həsənov onun vəzifə mövqelərini də qoruya bilməyib. Amma nə zamana qədər və Emin Həsənov həbsdən yayına biləcəkmi? Bunu zamanla görəcəyik.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

phrase_var_article.chosen
17
4
paytaxt.org

5phrase_var_article.sources