"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmovun ABŞ-dan Azərbaycana 1 ədəd BMW i7 və 1 ədəd isə “Ford Bronco” model avtomobillər gətizdirdiyi iddia olunur.Sözügedən avtomobillər kargo təyyarəsi ilə Azərbaycana 3 gün ərzində çatdırılıb.Məlumatı dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.Qurumdan informasiya sorğumuza cavab olaraq, sözügedən məlumat təkzib olunub:"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti olaraq belə bir iddianı təkzib edirik. Bu iddianın heç bir əsası yoxdur, qeyd edilənlər heç bir həqiqətə söykənmir”. \\Demokrat.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta