AZ

Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir -KİV

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək.

Redaktor.az xəbər verir ki, o, bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırıb.

Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.

“FT” həmsöhbətləri onu da iddia ediblər ki, Tramp seçki kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir. Belə ki, Tramp sülhün güc yolu ilə təmin olunması üçün münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra Kiyevi aktiv şəkildə silahla təmin etmək niyyətindədir.

phrase_var_article.chosen
13
10
redaktor.az

10phrase_var_article.sources