AZ

Türkiyə Prezidenti: Suriyanın gələcəyinə xalq qərar verəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

Ərdoğan həmçinin Türkiyənin Suriyaya humanitar yardımlarının davam etdiyini bildirib.

 

Türkiyə Prezidenti Suriyanın gələcəyinə xalqın qərar verəcəyini bəyan edib: 

“Suriyanın beynəlxalq aləmə yenidən inteqrasiyası isə başqa bir mövzudur. Bu, konstitusiya hazırlamaq və ölkənin gələcəyini əsaslandıracaq siyasi sistemin qurulması qədər zəruridir”.

Seçilən
16
2
senzor.az

3Mənbələr