İŞİD terror qruplaşmasının lideri ABŞ-ın aviazərbəsi nəticəsində məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“Dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı Suriyanın Deyr əz-Zor əyalətində Mahmud ləqəbi ilə tanınan İŞİD lideri Əbu Yusifə qarşı hava hücumu həyata keçirib. Terrorçulara endirilən zərbə nəticəsində o, məhv edilib. ABŞ və onun müttəfiqləri üçün təhlükə yaradan terrorçulara qarşı gələcəkdə də bu kimi tədbirlər görüləcək”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Nyu-Yorkda terror aktının qarşısı alınıb. Terrorçular İsrailin bu şəhərdəki baş konsulluğuna hücum etməyi planlaşdırıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta