AZ

Almaniyada bayram bazarında TERROR: Çox sayda ölü, 60 yaralı

Almaniyanın Saksoniya-Anhalt federal torpağının paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb. Almaniya mətbuatının yazdığına görə, şübhəlilərdən biri saxlanılıb.

Saksoniya-Anhalt hökuməti hadisəni terror aktı qiymətləndirib.

Seçilən
20
44
editor.az

10Mənbələr