AZ

ABŞ Suriyanın yeni hakimiyyət orqanlarını alqışladı

ABŞ Suriyanın yeni hakimiyyət orqanlarından konkret addımlar gözləyir, eləcə də ölkənin yeni hakimiyyət orqanlarının bəyanatlarını alqışlayır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif deyib.

“Mən, həmçinin Əhməd əl-Şaraa da daxil olmaqla müvəqqəti hakimiyyət nümayəndələri ilə ABŞ və Aqabadakı regional tərəfdaşlarımız tərəfindən razılaşdırılmış bir sıra prinsipləri müzakirə etmək üçün görüşdüm. Biz ümidverici bəyanatları alqışlayırıq və sadəcə sözlərlə deyil, fəaliyyətdə də bu prinsiplər üzrə irəliləyişi gözləyirik”, - deyə Lif bildirib.

O əlavə edib ki, Vaşinqton Dəməşqə keçid dövründə inklüzivliyin və geniş məsləhətləşmələrin vacibliyi barədə mesaj göndərib.


Müəllif: Arzu
phrase_var_article.chosen
39
teleqraf.com

1phrase_var_article.sources