AZ

Doğma Şuşaya ayaq basdığım üçün çox şadam - Şuşa sakini

Bakı. Trend:

Yenidən doğma Şuşaya ayaq basdığım üçün çox sevinirəm.

Bunu Trend-əaçıqlamasında Şuşa sakini Zülfüqarova Əsli deyib.

Onun sözlərinə görə, 1992-ci ildə Şuşanı tərk etməkməcburiyyətində qalıb və indi sevinə-sevinə doğma yurdaqayıdır.

"15 yaşında tərk etdiyim Şuşaya 49 yaşında dönürəm. Övladlarımızdoöma yurdumuzda böyütmək və xoşbəxt yaşamaq arzusundayıq.

Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığıversin, əsgərlərimizi qorusun", -deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.

Seçilən
27
1
az.trend.az

2Mənbələr