AZ

Mobil şəbəkə operatorları adından dələduzluq edilir

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından zənglər edilərək dələduzluq həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Belə ki, mobil internet sürətinin artırılması və 5G texnologiyasına keçidlə bağlı vədlər verilərək “WhatsApp” tətbiqi üzərindən müəyyən təlimatlar göndərilir.

Təlimatlarda vətəndaşlardan telefonun tənzimləmələrində "naməlum mənbələrdən olan tətbiqlərin quraşdırılmasına" icazə verilməsi və daha sonra göndərilən zərərli faylın quraşdırılması tələb olunur.

phrase_var_article.chosen
0
15
publika.az

10phrase_var_article.sources