Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanın Maqdeburq şəhərindəki Milad yarmarkasında törədilən hücumu pisləyib. Nazirliyin yaydığı bəyanatda, hücum nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verilib, yaralılara isə şəfa dilənib.
Bəyanatda hyəmçinin bu ifadyəlyəryə yer verilib: "Ümid edirik ki, şiddətlə qınadığımız bu hücumun səbəbi ən qısa zamanda aydınlaşdırılacaq. Bu kədərli gündə Almaniyanın yanında olduğumuzu vurğulayırıq".
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum bir şəxs idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürərək ilkin məlumatlara görə 2 nəfərin ölümünə, 60-dan çox insanın isə yaralanmasına səbəb olub.