AZ

Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib - FOTO

Azərbaycanda sitrus meyvələri istehsalı üzrə iri sığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, Aqrar Sığorta Fondu tərəfindən Lənkəranda aqrar sahədə fəaliyyət göstərən “Mriya” MMC-yə limon, naringi və portağal bağına dəyən zərər üzrə 27 min manat ödəniş edilib.

Məlumata görə, şaxtavurma nəticəsində sözügedən təsərrüfatın meyvə bağlarına ziyan dəyib. Nəticədə təsərrüfat zərərlə üzləşib, amma meyvə bağı sığortalı olduğuna görə, Aqrar Sığorta Fondu dəymiş zərəri kompensasiya edib.

Xatırladaq ki, ümumilikdə 2023-2024-cü illər ərzində Lənkəran-Astara regionundakı fermerlərə bitkiçilik sığortası üzrə 238 min manat sığorta ödənişi edilib. 2023-cü ildə bölgədə 61,5 min manat ödəniş edildiyi halda, 2024-cü ildə bu rəqəm 3 dəfəyə yaxın artaraq 176 min manatdan çox olub.

Qeyd edək ki, aqrar sığortanın əhatə etdiyi məhsulların siyahısı genişlənib. 2023-cü ildə bu regionda arpa, buğda və ərik məhsulu üzrə ödənişlər edildiyi halda, 2024-cü ildə arpa, buğda, çəltik, badam, ərik, kartof, noxud, limon, naringi və portağal məhsulları üzrə də ödənişlər edilib.

Bölgə üzrə sığorta hadisələrinin əhatə etdiyi risklər də genişlənib. Belə ki, Lənkəran-Astara regionlarında ödənişlər əsasən, dolu, fırtına, qasırğa, normadan artıq qar yağması, sel-subasma, şaxtavurma, 3-cü şəxslərin hərəkəti və vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərlər üzrə edilib.

Lənkəran-Astara regionunda heyvandarlıq üzrə də aqrar sığorta ödənişi həyata keçirilib. Son 2 ildə Lənkəran-Astara regionunda heyvandarlıq üzrə 11 720 manat ödəniş edilib. Bu ödənişlər Lənkəran və Astara rayonlarında həyata keçirilib.

AzərbaycandaAzərbaycanda
Seçilən
24
5
fed.az

7Mənbələr