AZ

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

Bakı, 21 dekabr, AZƏRTAC

“Şəhidlərimizin sayəsində bu gün torpaqlarımıza qayıdırıq. Şəhid qızı kimi çox xoşbəxtəm ki, Şuşaya geri dönürük”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Şuşaya geri qayıdan keçmiş məcburi köçkün Şəms Məmmədova söyləyib.

“Şuşadan məcburi köçkün düşəndə dörd yaşım var idi. Bu gün isə övladlarımla birlikdə Şuşaya qayıdırıq. Şuşa mənim xatirəmdə əvəzolunmaz şəhər kimi qalıb. Hər zaman inanırdım ki, torpaqlarımız işğaldan azad ediləcək və biz orada yaşayacağıq”,- deyə keçmiş məcburi köçkün vurğulayıb.

Müəllimlik peşəsini Şuşada davam etdirmək istədiyini deyən Ş. Məmmədova artıq illərdir davam edən yurd həsrətinin sona çatdığını bildirib.

 

Seçilən
13
2
azertag.az

3Mənbələr