AZ

Türkiyəli məşhur əməliyyat olunacaq

Türkiyəli məşhur müğənni Mustafa Keser yaxın günlərdə əməliyyat olunacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ay əvvəl xərçəng diaqnozu qoyulan sənətçinin hazırda vəziyyətinin stabil olduğu bildirilib. Müğənni mətbuata açıqlamasında özünü yaxşı hiss etdiyini və yaxın həftə analizlər verəcəyini qeyd edib. Bu analizlərin nəticələrinə uyğun olaraq, 2025-ci ilin ilk günlərində cərrahi əməliyyata alınacağı gözlənilir.

Mustafa Keser uzun illərdir musiqi sahəsindəki fəaliyyəti ilə tanınır və geniş sevənlər auditoriyasına malikdir. O, yaşadığı çətinliklərə baxmayaraq, pozitiv ruh halını qorumağa çalışdığını vurğulayıb. Sənətçinin bu açıqlamaları pərəstişkarlarını həm ümidləndirib, həm də kədərləndirib.

Müğənninin sağlamlıq durumuna dair gələcəkdə baş verə biləcək dəyişikliklər barədə həkimləri mütəmadi məlumat verəcəklər. Hazırda Mustafa Keserin müalicə prosesi davam edir və o, pərəstişkarlarından mənəvi dəstək istəyib.

Fidan
Milli.Az

Seçilən
12
milli.az

1Mənbələr