AZ

22 yaşlı oğlan iki həmkəndlisini bıçaqladı

Zaqatala rayonunda 22 yaşlı gənc iki nəfəri bıçaqlayıb.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Faldarlı kəndində baş verib.  

Belə ki, 2002-ci il təvəllüdlü Vasif Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndliləri 1999-cu il təvəllüdlü Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Seymur Əli

Seçilən
49
49
unikal.az

10Mənbələr