AZ

Bir günün bir ömürlük xatirəsi: Xankəndidə tarixi futbol matçı

Bakı, 21 dekabr, AZƏRTAC

Ötən ilin bu günü Azərbaycan üçün daha bir tarixi an yaşanırdı.

AZƏRTAC xəbər verir ki, minlərlə insan Xankəndi şəhər stadionunda və televiziya qarşısında Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" və Mərkəzi Ordu İdman Klubu (MOİK) arasında matçı izləyirdi. Xankəndi, Qarabağ, Ordu, bu matçı rəmzi edən məfhumlar idi. Amma rəmzə rəmz qatanlar da var idi. Xankəndini bizə bəxş edən şəhidlərin övladları. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusilə şəhid əmanətlərinə diqqətlə yanaşması, matçı birlikdə izləməsi onların xatirələrində xoş təəssüratlarla dolu izlər buraxdı.

Uşaqlar üçün sevincə sevinci həm də futbolçular qatdılar. Onların rəğbət mərkəzində isə Abdullah Zubir oldu. Şəhid övladı olmasının qürurunu bir ömür boyu yaşayacaq bu balacalara, Xankəndidəki matç daha bir xoş gün, bir ömürlük xatirə bəxş etdi.

Şəhid övladları 1 il öncə keçirilmiş qarşılaşmada yaşadıqları unudulmaz anlarla bağlı təəssüratlarını Peşəkar Futbol Liqasının süjetində bölüşüblər.

Seçilən
3
6
azertag.az

7Mənbələr