AZ

Bu ilin 11 ayı ərzində 344 nəfər ölüb - RƏSMİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:
"Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayramöncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur.
Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan avtomobil qəzalarının baş verməsinə real zəmin yarada bilər".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhvali-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.
phrase_var_article.chosen
9
50
oxu.az

10phrase_var_article.sources