AZ

Hərbçimiz minaya düşüb

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ziyad İlqar oğlu Salmanov Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Onun həyatı üçün təhlükə yoxdur.

Seçilən
5
49
xalqqazeti.az

10Mənbələr