AZ

Böyük çillə BAŞLADI

Bu gündən Yer qış günəş duruşu nöqtəsindən keçir. Bu hərəkət epliktika boyunca davam edir.

Nəticədə fəsil dəyişkənliyi baş verib, qış payızı əvəzləyib. Bu o deməkdir ki, dekabrın 20-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olub..

Adalet.az xəbər verir ki, xalq təqviminə görə, qış fəsli dekabrın 21-dən martın 22-dək davam edir, 40 gün Böyük çillə, 20 gün Kiçik Çillədən və 30 gün isə Boz aydan ibarətdir.

Qış fəsli Şimal yarımkürəsinə 21 dekabr saat 13:20-də daxil olub.. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olur.

Ötən gecə yarısı Günəş Qış gündönümündə (21 dekabr) zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girib. Həmin vaxt ilin ən uzun gecəsi - Böyük Çillə, el arasında “Qaraqış” deyilən dövr başlayıb.

Böyük çillə qışın başlanğıc günündən, yəni dekabrın 21-dən fevralın 1-2-dək olan qırx günlük vaxtdır, bu müddət isə hər biri 7 gündən ibarət 4 balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür...

Tarixən müxtəlif inanclar, inamlarla zənginləşsə də gecə-gündüz bərabərləşməsindən, Günəşin Oğlaq bürcünə daxil olmasından və s. aydın görünür ki, bu, astronomik, təbiət prosesləri ilə bağlıdır.

Seçilən
15
adalet.az

1Mənbələr