AZ

Prezident İlham Əliyev Maqdeburqda baş vermiş faciəli hadisə ilə əlaqədar Ştaynmayerə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

“Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”, - məktubda deyilir.

Dövlət başçısı faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Ötən gün Maqdeburqda avtomobilin Milad yarmarkasında izdihama çırpılması nəticəsində iki nəfər ölüb, 68 nəfər yaralanıb,

Xarici KİV-in məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı sürücü Almaniyada həkim işləyib. İslamın tənqidçisi kimi tanınıb.

phrase_var_article.chosen
23
46
turan.az

10phrase_var_article.sources