AZ

"Ərə getməyim üçün qızım mənə 2 il vaxt verib"

Aktrisa Sonaxanım Əliyeva şəxsi həyatı haqda bir sıra maraqlı açıqlamalar edib.

Milli.Az bildirir ki, "Xəbərin var?" verilişində qonaq olan sənətçi qızının ona ailə qurmaq şərtini qoyduğunu bildirib:

"Mən qızımın 5 yaşı olanda ailəm dağılıb. Özüm ailə qurmaq istəsəydim, bu illər ərzində qurardım. Mən həyatımı qızıma həsr etdim. Amma indi qızım ailə qurmağımı istəyir. Deyir, ana, bir gün mən də köçəcəyəm. Sənin tək qalmağını düşünmək istəmirəm".

Aktrisa əlavə edib ki, ona yaxınlaşan bəy də 100 ölçüb bir biçməlidir:

"Mən bu gün özüm özümü saxlaya, dolandıra bilirəm. Heç kəsə ehtiyacım yoxdur. Münasibət qurmaq istəyən bilməlidir ki, ailənin yükünü çəkməyi bacarmalıdır".

Milli.Az

Seçilən
31
50
milli.az

10Mənbələr