AZ

Bu görüntülər yayılanda Zaur Hüseynov işdən çıxarıldı – Video

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Metropoliteni QSC-nin rəhbəri Zaur Hüseynov vəzifədən azad edilib.

Hurriyyet.az xəbər verir ki, 2014-cü ildən metropolitenə rəhbərlik edən Zaur Hüseynovun vəzifədən azad edilməsinin səbəbləri sırasında metroda işin düzgün təşkil edilməməsi, qatarlar arasında intervalın artması, metroda ciddi sıxlığın yaranması və s. göstərilir.

Ötən gün “Sahil” metrosunda eskalatorlardan birinin sıradan çıxması, əvəzində ehtiyat eskalatorun vaxtında işə salınmaması səbəbindən metroya düşən sərnişinlərin girişdə qalması və böyük basabas yaranması ilə eyni vaxtda Zaur Hüseynovun vəzifədən azad edilməsi haqda sərəncamın verilməsi diqqət çəkib.

Sözügedən kadrları təqdim edirik:/axar.az/

phrase_var_article.chosen
20
16
hurriyyet.az

10phrase_var_article.sources