AZ

Ərdoğandan Almaniyadakı hücuma sərt reaksiya

Ərdoğandan

Ötən gün Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən iyrənc hücumu qətiyyətlə pisləyirəm.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 4 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Seçilən
14
5
xalqcebhesi.az

6Mənbələr