Bu gün sosial şəbəkələrdə "Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə bir neçə video paylaşılıb.
Qaynarimfo-nun verdiyi xəbərə görə, belə videolardan birini Haldun Novruzzadə paylaşıb:
"Dünən, yəni 20.12.2024-cü il tarixdə saat 21:05-21:30 radələrində bizim "Rent a car" şirkətinə məxsus 99-XN-288 nömrəli "Hyundai Elantra" avtomobili ilə müştəri "Şamaxinka"da yerləşən "Lukoil"dan 20 manatlıq A92 markalı benzin vurub. Maşın 200 metr gedib, sönüb. Gətirmişik ustaya, çındən benzin yerinə su çıxıb. Bu, konkret biabırçılıqdı. Mənə 500 manat ziyan dəyib, "Lukoil" deyir ki, biz bakdan analiz götürməliyik. Bu, son 1 ay ərzində bu "Lukoil" yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci belə hadisədir. "LUKOIL-Azerbaijan"dan tələb edirəm, mənə dəyən ziyanı ödəsin!"
Digər bir videoda da bir avtomobil ustası iki sürücünün eyni anda oxşar problemlə ona müraciət etdiyini deyir və bununla bağlı kadrlar göstərir.
Anoloji olaraq bu sürücülərin də "Lukoil"in YDM-də benzin vurduqları bildirilir.
Qeyd edək ki, əvvəllər də "Lukoil” yanacaqdoldurma məntəqələrində, xüsusən də "Şamaxinka"dakı YDM-də oxşar hadisələrin baş verməsi haqqında şikayətlər səslənmişdi.