AZ

Seda Sayan Türkiyəni tərk edir

Türkiyəli müğənni Seda Sayan əri Çağlar Öktenlə Dubaya köçür.

Milli.Az xəbər verir ki, Sayanın köçməzdən əvvəl yaşadığı villanı satışa çıxardığı və qonşularına vida məktubu yazdığı qeyd olunub.

Sabah qəzetinin yazar Bülent Cankurtun yazısında bu barədə deyilir:

"Seda Sayan, 2022-ci ilin aprelində evləndiyi, özündən 25 yaş kiçik həyat yoldaşı Çağlar Ökten ilə birlikdə Türkiyəni tərk edir! Tanınmış sənətçi, bir kosmetika firması ilə müqavilə bağlayıb və buna görə həyat yoldaşı ilə birlikdə Dubaya köçməyə qərar verib. 30-dan çox dəyərli əmlaka sahib olduğu bildirilən əmlak zəngini Seda Sayan bu səbəbdən yaşadığı villanı satır.

Seda xanımın keçən il həyat yoldaşı ilə birlikdə köçdüyü və dekorasiyasına böyük məbləğdə pul xərclədiyi, Sarıyerdəki lüks yaşayış kompleksində yerləşən villası üçün 7 milyon dollar istədiyini öyrəndim."

Lalə Qüdrətova
Milli.Az

Seçilən
14
11
milli.az

10Mənbələr