Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yeni ili necə keçirəcəyindən danışıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, xanım siyasətçi Yeni il üçün ənənəvi paytaxt salatı hazırlamağı planlaşdırır.
“Bizim insanlardan Yeni il günü paytaxt salatı bişirməyən və yeməyən varmı, bilmirəm. Ailəlikcə hazırlayırıq. Hazırladığımız salat təkcə Yeni il süfrəsi üçün deyil, bir neçə günə kifayətdir”, - Zaxarova deyib.
O, həmçinin əlavə edib ki, salat yanvarın 1-nə keçən gecə deyil, yanvarın birinci və hətta ikinci səhəri daha dadlı olur.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yeni ili Moskvada ailəsi və dostlarının əhatəsində qeyd etməyə hazırlaşdığını bildirib.
Müəllif: Arzu