AZ

Suriya silahlı qrupları bir strukturda BİRLƏŞDİRƏCƏK

Müxtəlif Suriya silahlı qrupları ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi altında bir struktur altında birləşdiriləcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Dəməşqdəki yeni hakimiyyətin başçısı, Əbu Məhəmməd əl-Colani kimi daha çox tanınan Əhməd əş-Şəraa bildirib.

 

“Suriya silahlı qrupları Müdafiə Nazirliyinin rəhbərliyi altında yeni ordunun tərkibində bir struktur altında birləşdiriləcək”, – o deyib.

 

Qeyd olunub ki, əş-Şəraa silahlı qrupların başçıları ilə görüşüb və onlarla prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya ordusunun yeni formatını müzakirə edib.

 

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.

Seçilən
7
50
modern.az

10Mənbələr