AZ

ABŞ-ın döyüş təyyarəsi vuruldu

ABŞ Qırmızı dənizdə öz döyüş təyyarələrindən birini təsadüfən vurduğunu və təyyarədəki iki pilotun ejeksiyon oturacaq sistemi ilə xilas edildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "NBC News"un yaydığı məlumatda qeyd olunur.

Hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığından da (CENTCOM) açıqlama verilib.

Açıqlamada Qırmızı dənizdə “USS Harry S. Truman” təyyarədaşıyan gəmisində əməliyyat aparılarkən “F/A-18” qırıcı təyyarəsinin təsadüfən atəş açdığı bildirilib.

Təyyarədəki iki pilotun ejektor oturacaq sistemi ilə xilas edildiyi, lakin onlardan birinin təxliyyə zamanı yüngül xəsarət aldığı, hadisənin dostluq atəşi hadisəsi kimi qiymətləndirildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma aparıldığı vurğulanır.


Müəllif: Ceyhun Alışlı
Seçilən
33
teleqraf.com

1Mənbələr