AZ

Toy evində KÜTLƏVİ DAVA ilə bağlı araşdırmalar başladı

"Ucarın Bağman kəndində dekabrın 20-si, gecə saatlarında "ciyər axşamı"nda əlbəyaxa davada iştirak edən tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu yayıb.

Qeyd olunub ki, faktla bağlı Ucar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır:

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, insident zamanı dörd nəfər 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bizim.Media

phrase_var_article.chosen
10
11
bizim.media

10phrase_var_article.sources