AZ

Enerji qaynaqları PKK-nın əlində: toparlanırlar - Oqtay

Bizim istəyimiz vahid quruluşdur. Əhməd əl-Şara (Əbu Məhəmməd Colani – red.) PKK-nın ya geri çəkiləcəyini, ya da ləğv ediləcəyini bildirib. Türkiyə olaraq biz bunu deyirik.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu sözləri AKP millət vəkili Fuad Oqtay yerli mediaya açıqlamasında deyib.

“Terror təşkilatının Suriyadakı hökmranlığının əsl qurbanı kürdlərdir. Biz hamıdan əvvəl kürdləri bu zülmdən xilas etməliyik. Tel-Rifat və Menbiçdəki ərazi təmizlənib, lakin Deyr əz-Zorun mərkəzinin bir az şərqinə baxanda, bütün enerji qaynaqlarının hələ də PKK-nın əlində olduğunu görürük. Rakka və Hasekedə PKK-ya qarşı qiyamların olduğunu bilirik, amma çox böyük təzyiqlər var. Burada mümkün qədər tez tədbir görülməlidir. PKK-nın çaşqınlıqla toparlandığını görürük. ABŞ və ya digər ölkələrdən, o cümlədən Almaniyadan, İngiltərədən və bu kimi ölkələrdən fərqli səslər gəlir. İŞİD-lə mübarizədə bizi dəstəkləyən SDQ-ni tək qoymayacağıq. Hesab edirəm ki, bu problemi tez bir zamanda onlar və biz həll etməliyik”, - o bildirib.

phrase_var_article.chosen
7
1
qaziler.az

10phrase_var_article.sources