AZ

Yataq xəstəsi olan 61 yaşlı rus qadına baxan yoxdur - Xəstəxanaya yerləşdirilməsini istəyir VİDEO

Rütubətli, natəmiz otaqda kimsəsiz, köməksiz qalan yataq xəstəsi qadın...

Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan qəsəbəsi Şabanov küçəsi 114 ünvanındandır. 61 yaşlı Viktoriya Barsukova xəstəlikdən əziyyət çəkir, bu səbəbdən yeriyə bilmir.

Dediyinə görə, 1 il əvvəl yaşadığı evdə yıxılıb. Hər şey də elə bundan sonra başlayıb.

Qadın deyir ki, ona Rusiyada yaşayan bacısı maddi dəstək olur. Bir qızı var. Ancaq qızı onunla maraqlanmır.

Məsələ ilə bağlı əvvəlcə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik bizi Milli Onkologiya Mərkəzinə yönləndirdi. Mərkəzdən isə "Xəzər Xəbər"ə bildirildi ki, dəqiq diaqnozun qoyulması üçün mütləq Onkologiya mərkəzinə yaxınlaşmaq lazımdır. Ev şəraitində dəqiq diaqnoz qoyulması mümkün deyil. Qadın Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət edərək, onların vasitəsilə Mərkəzə yaxınlaşa bilər.

Bundan sonra ona müvafiq yardım göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
34
1
xezerxeber.az

2Mənbələr