AZ

Məşhur şirkət valyuta vəsaitini xaricdən geri qaytarmadı, cərimələndi - QƏRAR

"Armada" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Şirkət stomatoloq və diş texnikləri üçün avadanlıqlar və materiallar idxal edir.

 

Xəyal Quliyev

Tarix: 23 Dekabr 2024, 08:10   
phrase_var_article.chosen
9
32
pravda.az

10phrase_var_article.sources