AZ

Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır - Rusiya Xarici Kəşfiyyat Xidməti

Moldova prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

“Moldova Prezidenti bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib. “Görüş Sandunun Dnestryanın üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb”, - deyə vurğulanıb.

Qeyd olunub ki, heç kim təminat verə bilməz ki, Sandu həqiqətən regionda real müharibəyə başlamağa cəhd etməyəcək.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
50
missiya.az

10Mənbələr