AZ

Kanada bankının 151 müştərisinin kart hesabından pullar "Rabitəbank"ın hesabına köçürülüb - KİBERCİNAYƏTKARLIQ

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Digər təqsirləndirilən Cavanşir Rüstəmzadə bildirib ki, Sumqayıt şəhərində bir nəfər şəxs olub, həmin şəxs bitkoini nağdlaşdırmaq istəyib:
"Bir xanımla danışdım. O da bitkoin almağa razı oldu. Bundan sonra bir-bir banklarla danışdım ki, xaricdən gələn pulları hansı banklar qəbul edir. Mən də onlara izah etdim ki, satdığım məhsula görə xaricdən gələn pulları götürmək olub".

Seçilən
5
1
mia.az

2Mənbələr