AZ

Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsi hələdə Cənubi Qafqazda əsas müzakirə mövzularından biri olaraq qalır.Uzun illər davam edən danışıqlara baxmayaraq, müqavilənin iki əsasmaddəsi hələ də həll edilməmişdir: qarşılıqlı olaraq məhkəməiddialarından imtina və münaqişə zonasında üçüncü tərəfləriniştirakı qadağasının təmin edilməsi. Azərbaycan Prezidenti İlhamƏliyev bu maddələri prioritet olaraq müəyyənləşdirib. Lakin onlarınrazılaşdırılması Ermənistanda daxili siyasi problemlər və ölkəninRusiya və Qərb kimi xarici oyunçulardan asılılığı səbəbindənçətinləşir.

Danışıqlar çərçivəsində Azərbaycan əlavə iki şərt irəli sürüb:Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və ATƏT-inMinsk Qrupunun tamamilə buraxılması. Bu tələblər Azərbaycanınbeynəlxalq vasitəçilərin təsirini minimuma endirmək və əldə edilmişnəticələrin yalnız ikitərəfli razılaşmalar çərçivəsindəmöhkəmləndirilməsi məqsədini əks etdirir. Beynəlxalq MünasibətlərinTəhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin qeyd etdiyi kimi, əgərErmənistan prosesi uzatmağa davam edərsə, Azərbaycan Ermənistanınsilahsızlaşdırılması və ya onun silahlı qüvvələrinin sayınınməhdudlaşdırılması məsələsini gündəmə gətirə bilər.

Bununla yanaşı, danışıqların gündəliyinə Zəngəzur dəhlizi dədaxil edilib. Bu məsələ sülh müqaviləsinin layihəsində birbaşa qeydolunmasa da, onun imzalanması üçün mühüm şərtlərdən biri olaraqqalır. Azərbaycan və Türkiyə dəhlizin yaradılması ideyasını fəalşəkildə irəli sürür, bu isə marşrutlar, sərhədlərin keçilməsirejimi və infrastrukturun fəaliyyəti ilə bağlı məsələlərin həllinitələb edir. Xüsusilə Türkiyə artıq Naxçıvandan Qarsa dəmir yolutikintisinə başlayıb və hər iki tərəf İran ərazisi vasitəsiləalternativ marşrutları nəzərdən keçirir, burada avtomobilkörpüsünün tikintisi ilə bağlı praktik işlər aparılır.

Bu proseslərdə Rusiyanın mövqeyi mürəkkəb olaraq qalır. Moskvabaş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupununçərçivəsində əldə olunmuş razılaşmaları dəstəkləyir. Burazılaşmalar Ermənistanın suverenliyini nəzərə alaraq optimalvariant ola bilərdi.

Son dövrlərdə Ermənistan siyasi və hərbi əlaqələrini zəiflətməyəçalışır, KTMT-ni tənqid edir, lakin Aİİ-də iştirakını davametdirir.

Belə ikili yanaşma Rusiya ilə bütün istiqamətlərdəmünasibətlərin pisləşməsinə səbəb ola bilər, çünki siyasi vəiqtisadi sahələr bir-biri ilə sıx bağlıdır.

Ermənistan həmçinin özünü xarici əlaqələrini şaxələndirə biləndövlət kimi təqdim etməyə çalışır. Lakin təhlükəsizlik sahəsindəRusiyadan imtina etməyə yönəlmiş addımlar daxili böhranlar vəmüttəfiqlər tərəfindən etibar səviyyəsinin azalması ilə müşayiətolunur. Buna misal olaraq, siyasi qərarların şərhi və Qərbin artantəsiri ilə bağlı gərginlikləri göstərmək olar.

Ermənistanın çoxşaxəli yanaşması nəticəsində Cənubi Qafqazdakıvəziyyət daha da gərginləşir. Bir tərəfdən, İrəvandakı hakimiyyətorqanları Qərblə əlaqələrin gücləndirilməsinin zəruriliyini bəyanedir, digər tərəfdən isə Rusiya ilə iqtisadi əlaqələr həyatiəhəmiyyətini qoruyur. Təcrübə göstərir ki, iqtisadi mənfəət naminəsiyasi aspektləri nəzərə almamaq cəhdləri çox vaxt stratejisəhvlərə gətirib çıxarır. Bununla yanaşı, Azərbaycan praqmatiksiyasət, nəqliyyat dəhlizlərinin inteqrasiyası və Türkiyə iləəlaqələrin möhkəmləndirilməsi hesabına mövqelərini gücləndirir.

Beləliklə, Azərbaycanla Ermənistan arasında münaqişənin sülhyolu ilə həlli tərəflərin daxili ziddiyyətləri aradan qaldırmaqbacarığından, həmçinin Rusiya, Türkiyə və Qərb kimi xariciqüvvələrin öz maraqlarında tarazlıq tapıb-tapmayacağından asılıolacaq. Aydındır ki, regionun gələcəyi nəqliyyat, siyasi və hərbiməsələlərin həllinə bağlıdır və burada Azərbaycan açar oyunçurolunda çıxış edir.

Azərbaycanın Ermənistan qarşısında sülh müqaviləsininbağlanması, erməni Konstitusiyasıqa dəyişikliklərin edilməsi,sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı irəli sürdüyütələblər həm məntiqi, həm də beynəlxalq hüquqa əsaslanır. 9 noyabr2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra,tərəflər atəşkəsin təmin edilməsi və Azərbaycanın ərazibütövlüyünün bərpası ilə davamlı sülh istiqamətində irəliləməköhdəliyini götürmüşdü. Amma Ermənistan öz öhdəliklərini yerinəyetirmək əvəzinə, normallaşma prosesini ləngidən addımlar atır.

Bakının tələb etdiyi formatdakı sülh müqaviləsi beynəlxalq hüquqçərçivəsində tanınan sərhədlərin dəyişməzliyini təsbit etməlidir.Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımasını haqlı olaraqtələb edir ki, bu da sovet dövrünə aid xəritələr əsasındasərhədlərin delimitasiyası və demarkasiyasını nəzərdə tutur. Bu,uzun illər davam edən ərazi mübahisələrinə son qoymağa yönəlmişməntiqli bir addımdır.

Azərbaycanın Ermənistan konstitusiyasına dəyişikliklər edilməsitələbi də eyni dərəcədə vacibdir. Bu dəyişikliklər İrəvanın qonşuölkələrə qarşı ərazi iddialarını istisna edəcək şəkildəedilməlidir. Rəsmi İrəvan uzun illər ərzində öz əsas qanununda yeralan milli-şovinist maddələrdən istifadə edərək Qarabağa və ətrafərazilərə qanunsuz iddialarını əsaslandırıb. Bu konstitusiyamaneələrinin aradan qaldırılması davamlı sülhün əsasını təşkiledəcəkdir.

Hazırda İrəvan Qərblə Rusiya arasında geosiyasi piyada rolunuoynayır. ABŞ Ermənistanı müxtəlif layihələrə fəal şəkildə cəlbedərək, onu Rusiya və Türkiyəyə təzyiq göstərmək üçün bir platformakimi istifadə edir. Eyni zamanda, Moskva Cənubi Qafqazda öztəsirini qorumaq üçün Ermənistanı nəzarət zonasında saxlamağaçalışır.

Baş nazir Nikol Paşinyanın addımları hətta müttəfiqləri arasındada şübhə doğurur. Bir tərəfdən o, Avropa İttifaqı və NATO ilərazılaşmalar imzalayaraq Qərb dəyərlərinə bağlılığını bəyan edir.Digər tərəfdən, Ermənistan hələ də Rusiya rəhbərliyində olanKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiyaİqtisadi İttifaqının üzvüdür.

2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsindən sonraErmənistan mürəkkəb geosiyasi vəziyyətdə qaldı. Nikol Paşinyandaxili təzyiqlər və xarici çağırışlarla üzləşərək, Moskva iləVaşinqton arasında balanslaşdırma strategiyasını seçdi. İkisupergüc arasında maraqların balanslaşdırılmasına yönəlmiş butaktika bölgədə sabitliyi daha da pozur və Ermənistanıntəhlükəsizliyi və iqtisadi vəziyyəti ilə bağlı uzunmüddətlinəticələrə dair suallar doğurur.

İrəvan ənənəvi olaraq Rusiyaya əsas təhlükəsizlik təminatçısıkimi etibar edib. KTMT çərçivəsində Rusiya Ermənistanda hərbiiştirakını təmin edir, Gümrüdəki 102-ci hərbi bazası və üstünşərtlərlə silah tədarükü buna misaldır. Lakin 2020-ci ildən sonraiki ölkə arasındakı münasibətlər soyumağa başladı. Paşinyandəfələrlə KTMT-nin əsas anlarda fəaliyyətsizliyindən narazılığınıifadə edib. Xüsusilə, 2022 və 2023-cü illərdə Ermənistan-Azərbaycansərhədində baş verən eskalasiyalar zamanı bunu açıq şəkildəbildirdi.

Eyni zamanda, Ermənistan ÜDM-nin 30%-dən çoxu Rusiya kapitalıilə bağlıdır, ixracının böyük hissəsi də Rusiyaya gedir. Enerjisektorunda isə "Qazprom Ermənistan" və Metsamor atom-elektrikstansiyası kimi mühüm obyektlər Rusiyanın nəzarətindədir. Onu daunutmayaq ki, Rusiyada 2 milyona yaxın erməni miqrant çalışır və2022-ci ildə Ermənistana 1,5 milyard dollardan çox pul köçürüblər.Moskvadan uzaqlaşmaq cəhdi bu vəsait axınına ciddi zərbə vurabilər. Ən nəhayət, Paşinyan Rusiyadan təxminən 400 milyon dollardəyərində silah alınması üçün müqavilələr imzalayıb.

Digər tərəfdən, ABŞ və müttəfiqləri bölgəyə fəal şəkildə daxilolur, Ermənistanı öz təsir platformasına çevirir.

Belə ki, 2023-cü ilin sentyabrında ABŞ Ermənistan ordusu iləbirgə təlimlər keçirdi və Azərbaycanla sərhədə müşahidə missiyasıgöndərdi.

Birləşmiş Ştatlar 2020-ci ildən bəri Ermənistana infrastruktur,islahatların dəstəklənməsi və humanitar proqramlar üçün təxminən140 milyon dollar ayırıb. Avropa İttifaqı isə iqtisadiyyatınbərpasına dəstək üçün əlavə 1,6 milyard avro təqdim edib. Paşinyandemokratik islahatların əhəmiyyətini vurğulayaraq, Qərblə əlaqələridərinləşdirməyə hazır olduğunu bildirib. 2023-cü ildə ErmənistanABŞ-ın təşkil etdiyi "Demokratiya Sammiti" çərçivəsində"Demokratiya Bəyannaməsinə" qoşulub.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası aktiv şəkildə İrəvanınmaraqlarını lobbiləşdirir və Türkiyə ilə Azərbaycana qarşıqətnamələri irəlilətməklə yanaşı, Ermənistana maliyyə yardımı üçüntəşəbbüslər göstərir.

Bütün bunları nəzərə alsaq, Paşinyanın iki cəbhədə oynamacəhdləri Ermənistan üçün bir çox risklər yaradır: Kreml artıqİrəvanın siyasətindən narazılığını ifadə edir. 2023-cü ilinsentyabrında Rusiya Ermənistandakı hərbi mövcudluğunu yenidənnəzərdən keçirəcəyini açıqladı. ABŞ və Avropa Ermənistana dəstəkverir, lakin bu yardım Rusiyadan asılılığı kompensasiya edə bilmir.KTMT öhdəliklərinin yerinə yetirilməməsi Ermənistanı artangərginlik fonunda təhlükəsizlik zəmanətlərindən məhrum edə bilər.Bu da var ki, Müxalifət Paşinyanı "milli maraqlara xəyanətdə"ittiham edir. 2024-cü ildə Gallup International tərəfindənkeçirilmiş sorğuya görə, əhalinin 60%-dən çoxu Paşinyanınsiyasətini Ermənistanı zəiflədir kimi qiymətləndirir.

Paşinyan Moskva ilə Vaşinqton arasında tarazlıq siyasətiyürüdərək, ölkəsinin gələcəyini risk altına qoyur. Ermənistan əsasmüttəfiqlərdən məhrum olmaq və təhlükəsizliklə yanaşı, iqtisadisahədə ciddi problemlərlə üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır.Bu ikiqat oyun siyasəti, xüsusən də Ermənistana dəstəyin ən çoxlazım olduğu dövrdə, onun təcrid olunmasına səbəb ola bilər.

Bəllidir ki, Qərb İrəvandan Rusiya və Azərbaycanın təsiriniməhdudlaşdırmaq üçün bir vasitə kimi istifadə edir. AncaqErmənistan nə resurslara, nə də qonşularına qarşı müstəqilmüqavimət göstərmək üçün strateji dərinliyə malikdir. Azərbaycanisə beynəlxalq hüquq çərçivəsində mövqeyini qoruyaraq, əldə edilmişrazılaşmaların yerinə yetirilməsində israr etməklə soyuqqanlı vəqətiyyətli davranış nümayiş etdirir.

Nikol Paşinyansa həm Moskvanın, həm də Vaşinqtonun dəstəyiniitirmək riski ilə üz-üzədir. Kreml dəfələrlə İrəvana qarşı səbir vətolerantlığın hüdudsuz olmadığını vurğulayıb. Qərb isə Ermənistanınidarəetmədəki səmərəsizliyini nəzərə alaraq, regionda təzyiqmexanizmlərini dəyişdirmək ehtimalını gündəmə gətirə bilər.

... Azərbaycan beynəlxalq hüququn normalarına tam uyğun şəkildəsülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiya vədemarkasiyasını, eləcə də Ermənistanın milli-şovinist iddialardanimtina etməsini tələb edir. Bu mövqeyi ilə Bakı həm regionalsabitlik, həm də davamlı sülh üçün yol xəritəsi təklif edir.

Eyni zamanda, Ermənistan böyük güclərin əlində bir alətəçevrilərək, təhlükəli oyuna davam edir. İrəvanın həm Moskvanı, həmdə Qərbi məmnun etməyə çalışması daxili böhranı dərinləşdirir vəregional təhlükəsizliyi risk altına qoyur.

Cənubi Qafqazda sabitliyin təmin olunması və davamlı sülhün əldəolunması üçün Ermənistan özünün ikitərəfli oyun strategiyasınınperspektivsizliyini qəbul etməli və Azərbaycan qarşısında götürdüyüöhdəlikləri yerinə yetirməlidir. Bu, yalnız Azərbaycan-Ermənistanmünasibətlərinin normallaşmasına deyil, həm də siyasi təcridtəhlükəsi ilə üzləşən Ermənistan üçün xilas yolu ola bilər.

Paşinyan çox gec olmamış, bunları dərk etməlidir.

Seçilən
12
1
az.trend.az

2Mənbələr