Bakı. Trend:
Qazaxıstan 2025-ci ildə Azərbaycanda Ələt Limanında yeniterminal tikməyi planlaşdırır.
Trend xəbər verir ki, bubarədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev parlamentdəçıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Qazaxıstan Ələt Limanında, Moskvayaxınlığındakı Selyatino qəsəbəsində, Belarusun Svisloçstansiyasında və Daşkənddə terminal tikintisini də nəzərdənkeçirir. Bu obyektlərin tikintisinə gələn il başlanacaq. Yeniterminalların ümumi gücü ildə 1,2 milyon konteyner təşkiledəcək.
"Gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və ÇininUrumçi şəhərlərində birgə terminalların yaradılması planlaşdırılır.Nəticədə, xarici terminalların gücü beş dəfə artacaq ki, bu da əsasyük axını formalaşdıran ölkələrdən yüklərin Qazaxıstanın nəqliyyatdəhlizlərinə cəlb edilməsinə imkan verəcək", – deyə nazirvurğulayıb.
Nazir əlavə edib ki, hazırda Lianyungang limanında və Sian qurulimanında Qazaxıstan-Çin terminalları fəaliyyət göstərir. Həmçinin,Gürcüstanın Poti limanında gücü ildə 500 min konteyner olanqazaxıstanlı sahibkara məxsus terminal fəaliyyət göstərir.
Qeyd edək ki, bu gün Qazaxıstan parlamentində keçirilən iclasdaMarat Karabayev çıxışı zamanı əlavə edib ki, hazırda Kurık-Ələtmarşrutu üzrə yalnız Azərbaycan bərələri fəaliyyət göstərir. Bununsəbəbi Qazaxıstan donanmasının çatışmazlığıdır.