AZ

Trampın Panama arzusu

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində Panama kanalının fotoşəkilini paylaşıb. 

"Unikal" xəbər verir ki, Tramp fotoya "ABŞ-yə xoş gəlmisiniz, Kanal", - şərhini yazıb. 

Bir gün əvvəl gələcək Amerika prezidenti Panama kanalının yenidən ABŞ mülkiyyətinə çevrilə biləcəyini söyləyib. Siyasətçinin sözlərinə görə, Panama tərəfindən alınan kanal haqqı, xüsusən də ABŞ-nin göstərdiyi səxavət nəzərə alınmaqla, “sadəcə gülüncdür”.

Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.

Daha sonra ölkə prezidenti Xose Raul Mulino ABŞ-nin  gələcək prezidentinin bəyanatına cavab verib. O vurğulayıb ki, gəmiçilik kanalı 1977-ci il müqaviləsinə əsasən Panamaya aid olduğu üçün Vaşinqtonun mülkiyyətinə keçməyəcək. 

Seçilən
46
50
unikal.az

10Mənbələr