AZ

Suriyada ABŞ-Türkiyə qarşıdurması ola bilər?

ABŞ ordusu YPG/PKK silahlılarını müdafiəsi altına alır. Elə dünən yayılan məlumatlara görə Kobanidə ABŞ əsgərləri yerləşdirilib...

Politoloq: “Suriya ilə bağlı məsələdə kəskinlik va”.

ABŞ və İsrailə görə Türkiyənin Suriya məsələsində müəyyən qədər gərginlik yaşamaq ehtimalı var”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Suriyada baş verən son prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Suriyada müdafiə naziri təyinatı olub və hazırda YPG/PKK-dan başqa bütün silahlı dəstələr Müdafiə Nazirliyində biləşdirilir. YPG/PKK eyni zamanda Suriyanın neft quyularının yerləşdiyi 1/3 hissəsinə nəzarət edir və bu da yeni hökuməti qanuni gəlirlərdən məhrum edir.

Digər tərəfdən isə ABŞ ordusu YPG/PKK silahlılarını müdafiəsi altına alır. Elə dünən yayılan məlumatlara görə Kobanidə ABŞ əsgərləri yerləşdirilib. ABŞ-nin hazırda terror qruplaşmasına verdiyi dəstək Suriyanın birləşdirilməsinə qarşı da əsas faktor kimi görünür. Bu baxımdan, Suriyada ABŞ-Türkiyə qarşıdurmasına ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

 

Zeynal Əmrəliyev: “Suriya bütövlüyünə nail olana və PKK bu torpaqlarda fəliyyətinə son verənə qədər Türkiyə öz mübarizəsini davam etdirəcək”.

ABŞ və İsrailin Suriya ilə bağlı başqa fikrində olduqlarını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, onların əsas niyyəti məhz həmin bölgədə kürdlərə aid olan bir dövlətin qurulmasıdır:

“Hazırda Suriya PKK ilə bağlı məsələdə bir qədər qeyri-müəyyənlik var. Çünki ABŞ və İsrail terror təşkilatını müdafiə edir və onları silahlandırır. Bu isə öz növbəsində Suriyanın ərazi bütövlüyü və sabitliyi üçün təhlükə yaradır.

Lakin ABŞ-in yeni administrasiyası Suriyada Türkiyə ilə koordinasiyalı şəkildə çalışacaqlarını bildirdilər. Bununla bağlı Donald Trampın açıqlaması var idi. Tramp Türkiyə prezidentini tərifləyirdi və bildirilrdi ki. Suriya ilə bağlı Ərdoğanla birlikdə hərəkət edəcək. Lakin nəyin necə olacağını biz təqribən bir aydan sonra görəcəyik.

ABŞ-nin bölgədəki əsas müttəfiqi olan İsrail də YPG/PKK silahlılarına dəstək verir. Bu da Suriyada vahid dövlətin qurulmasına mane olan faktorlardandır. Hazırda isə İsrail Suriyanın müxtəlif ərazilərini işğal etməkdə davam edir. Onlar Suriyada strateji məntəqələri ələ keçirirlər. Digər tərəfdən də, ABŞ da İsrailə YPG/PKK silahlılarına dəstək vermədə davam edir. Artıq Kobanidə ABŞ qoşunlarının yerləşdirməsi barədə məlumatlar var. Bu da onu göstərir ki, ABŞ və İsrailə görə Türkiyənin Suriya məsələsində müəyyən qədər gərginlik yaşamaq ehtimalı var.

Zeynal Əmrəliyev: “Hər bir halda Türkiyə hal-hazırda Suriyada rəhbər olan müxalifət hökumətini dəstəkləməkdə davam edəcək”.

Ancaq biz Donald Trampın hakimiyyətə başlamasını gözləməliyik. Çünki Tramp hakimiyyətə gələndən sonra rəsmi Vaşinqtonun Suriya məsələsində Türkiyə ilə bağlı mövqeyinə aydınlıq gətiriləcək. Yəni ABŞ-nin Suriyada Türkiyəni dəstəkləməsi, yoxsa da İsraillə birlikdə yenidən YPG/PKK silahlıalarını dəstəkləməsi aydın olacaq.

Türkiyənin mövqeyi Suriyada vahid hökümətin qurulmasıdır. Eyni zamanda İraqda olduğu kimi Suriyada da ikinci kürd rejiminin əsasının qoyulmamasına çalışır.

Ancaq görünür ki, ABŞ və İsrail başqa fikrindədir. Onların əsas niyyəti məhz həmin bölgədə kürdlərə aid olan bir dövlətin qurulmasıdır. Düşünürəm ki, Ankara buna razı olmayacaq. Hər bir halda Türkiyə hal-hazırda Suriyada rəhbər olan müxalifət hökumətini dəstəkləməkdə davam edəcək. Suriya bütövlüyünə nail olana və PKK bu torpaqlarda fəliyyətinə son verənə qədər Türkiyə öz mübarizəsini davam etdirəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr