ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Panama kanalının fotosu və ABŞ bayrağının əks olunduğu status dərc edib.
Musavat.com xəbər verir ki, Tramp fotoya “ABŞ-yə xoş gəlmisiniz, Kanal” yazıb.
Bir gün əvvəl gələcək Amerika prezidenti Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə çevrilə biləcəyini söyləyib. Siyasətçinin sözlərinə görə, Panama tərəfindən tutulan kanal haqqı, xüsusən də ABŞ-nin göstərdiyi səxavət nəzərə alınmaqla, “sadəcə gülüncdür”.
Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.
Daha sonra ölkə prezidenti Xose Raul Mulino ABŞ-ın gələcək prezidentinin bəyanatına cavab verib. O vurğulayıb ki, gəmiçilik kanalı 1977-ci il müqaviləsi əsasında Panamaya aid olduğu üçün Vaşinqtonun mülkiyyətinə keçməyəcək.
Musavat.com